Romelu Lukaku

Romelu Lukaku
Ümumi məlumatlar
Tam adı Romelu Menama Lukaku Bolinqoli[1]
Doğum tarixi
Doğum yeri Antverpen, Belçika Belçika
Vətəndaşlığı Belçika Belçika
Boyu 1,90[2]
Çəkisi 94[3] kq
Mövqeyi Hücumçu
Əsas ayağı Sol
Klub haqqında məlumat
Klub İtaliya İnter
Nömrəsi 90
Karyerası
Gənclik karyerası
1999–2003 Belçika Rupel Boom
2003–2004 Belçika KFC Uintam
2004–2006 Belçika Liers
2006–2009 Belçika Anderlext
Klub karyerası[* 1]
2009–2011 Belçika Anderlext 73 (33)
2011–2014 İngiltərə Çelsi 10 (0)
2012–2013 İngiltərə Vest Bromviç Albion (icarə) 35 (17)
2013–2014 İngiltərə Everton (icarə) 31 (15)
2014–2017 İngiltərə Everton 110 (53)
2017– İngiltərə Mançester Yunayted 19 (10)
Milli yığma[* 2]
2008 Belçika Belçika U-15 4 (1)
2010–  Belçika 65 (31)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 22:05, 23 dekabr 2017 (UTC) tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 00:33, 14 noyabr 2017 (UTC) tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Romelu Menama Lukaku Bolinqoli İnter və Belçika milli komandasının heyətində çıxış edən belçikalı hücumçudur. O, Premyer Liqada çıxış edən futbolçular arasında 23 yaşı tamam olmadan 50 qol həddini keçən beş futbolçudan biri, həmçinin 24 yaşı tamam olmadan 80 qol həddini keçən dördüncü (xarici futbolçular arasında birinci) futbolçudur.[4]

Lukaku öz futbolçu karyerasına Belçikanın yerli futbol klublarından biri olan Rupel Boom klubunda başlamışdır. Lukaku peşəkar futbolçu karyerasına başladıqda hələ 16 yaşı var idi və elə həmin il, yəni 2010-cu ildə Anderlext klubunun heyətində Belçika çempionluğunu qeyd etmişdir. O, 2011-ci ildə Belçikada ən yaxşı afrikalı və ya Afrika əsilli futbolçulara verilən "Ebony" mükafatını qazanmışdır. 2011-ci ilin yay transfer pəncərəsində isə İngiltərənin Çelsi klubuna keçmiş, lakin burada müntəzəm olaraq forma şansı qazana bilmədiyi üçün növbəti iki sezonu Vest Bromviç və Everton klublarında keçirmişdir. Lukaku 2014-cü ildə 28 milyon funt-sterlinq qarşılığında Evertona transfer olmuşdur. Üç il ərzində özünü bu klubda ən yaxşı şəkildə nümayiş etdirən futbolçu, 2017-ci ilin yay transfer pəncərəsində 85 milyon avro qarşılığında Mançester Yunayted klubu ilə müqavilə imzalamışdır.

Romelu Lukakunun ilk milli komanda debütü isə 2010-cu ildə baş tutmuşdur. O, Belçika milli yığmasının heyətində 2014-cü il Dünya Çempionatında və 2016-cı il Avropa Çempionatında iştirak etmişdir.

  1. "Romelu Menama Lukaku". Soccerway (ingilis). Global Sports Media. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
  2. "Player Profile: Romelu Lukaku". Premier League. 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2017.
  3. "Romelu Lukaku Profile" (ingilis). Premier League. 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
  4. Hafeez, Shamoon. "Premier League statistics: Arsenal, Mahrez, Vardy, Lukaku, Deeney". BBC Sport. 19 mart 2017. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2017.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy